Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.12.2025 - Naxçıvan şəhər sakini Məmməd Tağıyev
Naxçıvan şəhər sakini Məmməd Tağıyev məktubunda üzləşdiyi hadisə ilə bağlı polisə müraciət etdiyini, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən görülən operativ tədbirlərlə müraciətinin müsbət həll olunduğunu bildirir. O, operativliyə və həyata keçirilmiş tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.12.2025 - Şahbuz rayon sakini Afizər Rüstəmova
Şahbuz rayon sakini Afizər Rüstəmova məktubunda üzləşdiyi problem ilə bağlı müraciəti üzrə Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
10.12.2025 - İmişli rayon sakini Vidadi Hüseyinov
İmişli rayon sakini Vidadi Hüseyinov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
09.12.2025 - Ağsu rayon sakini Müşviq Qubatov
Ağsu rayon sakini Müşviq Qubatov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
09.12.2025 - Vətəndaş Fərid Babazadə
Vətəndaş Fərid Babazadə müraciətinin obyektiv araşdırılmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
08.12.2025 - Bakı şəhər sakini Ehram Hacıyev
Bakı şəhər sakini Ehram Hacıyev məktubunda müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdarlığını ifadə edir.
08.12.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc kənd sakini İsbəndiyar...
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc kənd sakini İsbəndiyar İbrahimov digər kənd sakinləri adından xidməti vəzifələrini layiqincə yerinə yetirən Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
08.12.2025 - Bakı şəhər sakini Aygün Əliyeva
Bakı şəhər sakini Aygün Əliyeva məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə minnətdarlığını ifadə edir.
08.12.2025 - Vətəndaş Ülvi Mustafayev
Vətəndaş Ülvi Mustafayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.