Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.12.2025 - Bakı şəhər sakini Rəhimə Əsgərova
Bakı şəhər sakini Rəhimə Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin müsbət həllində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2025 - Bakı şəhər sakini Rauf Talıblı
Bakı şəhər sakini Rauf Talıblı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. R.Talıblı ona göstərilən diqqət və qayğıya görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
11.12.2025 - Vətəndaş Aysel Cəfərli
Vətəndaş Aysel Cəfərli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2025 - Vətəndaş Briliant Məmmədova
Vətəndaş Briliant Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2025 - Vətəndaş Eldəniz Kərimov
Vətəndaş Eldəniz Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında özünə məxsus əşyaların itməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və görülmüş tədbirlərlə qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativlik və görülmüş tədbirə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.12.2025 - Vətəndaş İmdad Məmmədov
Vətəndaş İmdad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə dəvət olunduğunu və obyektiv araşdırmalarla müraciətinin müsbət həllini tapdığını qeyd edərək obyektivliyə və görülmüş tədbirə görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2025 - Vətəndaş Günel Rzayeva
Vətəndaş Günel Rzayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda övladının səhhətinin pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə doğru hərəkətdə olarkən ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən onlara müvafiq köməklik göstərildiyini və nəticədə övladının qısa müddətdə xəstəxanaya çatdırıldığını yazır. O, polisin həmişə güvən yeri olduğunu qeyd edərək humanist və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə göstərilən köməkliyə görə təşəkkürünü bildirir.
11.12.2025 - Vətəndaş Ziba Sadıqova
Vətəndaş Ziba Sadıqova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə etdiyi müraciəti üzrə obyektiv araşdırma aparıldığını və ona müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.12.2025 - Vətəndaş Aytəkin Cəbrayılova
Vətəndaş Aytəkin Cəbrayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.