Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaşlar Mövlud Abdurəhmanov, Telman İsmayılov, Vüqar Həmzəyev, Heybət Yunusov, Qurban Afşari və İslam Şahkərəmov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Murad Paşayev etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə  Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba  rayon sakini Aydın Orucov sükan arxasında anidən halı pisləşdiyi zaman göstərilən köməkliyə  görə  Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Babək rayon sakini Ənvər Quliyev ünvanladığı məktubunda həyətindəki su borusunun oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verilərək əməli törədən şəxsin müəyyən edilib saxlanılmasına və oğurlanan əşyasının geri qaytarılmasına görə Babək Rayon Polis Şöbəsinin Cəhri Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Orxan Şabanov müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Babək rayon sakini Sadiq İsmayılov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Babək RPŞ-nin Cəhri PB-nin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Rufulla Nəsirov itkin düşən övladının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Oktay Qasımov tanışına qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Əliəkbər Kazımov müraciətinə operativ baxılaraq tez bir zamanda probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.