Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mehti Şahbazov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı göstərilən köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zaman Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Vamiq Camalov müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Mehman Mehmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə DİN rəhbərliyini və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Tural Məmmədov məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırma aparıldığını, müvafiq tədbirlərin görüldüyünü və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şəfa Hüseynova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını və obyektiv araşdırıldığını qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Altay Cəfərov məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxılaraq müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkür edir. 

Vətəndaş Nicat Şıxəlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Anam paytaxtın Nizami rayonunda çantasını itirmişdi. Bununla əlaqədar olaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşları tərəfindən dərhal müdaxilə olundu, çanta tapılaraq bizə təhvil verildi. Buna görə də, DİN-in və Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına  dərin təşəkkürümü bildirirəm”. 

Vətəndaş Günay Abdullayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu, Xətai prospektində piyada qismində anamla birlikdə yolu keçərkən avtomobil tərəfindən vurularaq xəsarət aldıq. Hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq tədbirlər görüldü. Polis əməkdaşlarının bu cür yanaşmasına görə DİN-in rəhbərliyinə təşəkkür edirəm”.