Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Kamil Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaşadığı ərazidə narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Tural Əliyev DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nihat Abdullayev DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Məhəmməd Qəmbərov Nazirliyin “Instagram” səhifəsinə yazdığı mesajında baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını bildirir. O, araşdırmanın nəticəsindən məmnun qaldığını qeyd edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Adil Fətullayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Aytən Quliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında çantasını itirməsilə bağlı polisə etdiyi müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini və çantasının qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, operativliyə və göstərilmiş köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Mirzağa Abbasov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara və həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günel İsmayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pulqabısının itməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, görülmüş tədbirlərlə pulqabısının içindəki vəsaitlə birgə tapılaraq ona təhvil verildiyini bildirir. O, həyata keçirilmiş tədbirlərə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Esmira Rəsulova özü və bir sıra paytaxt sakinlərinin adından  DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Onlar yaşadıqları Badamdar qəsəbəsi ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirilən tədbirlərə və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirirlər.