Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Samir Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Yaşadığım ərazi üzrə küçələrə kameraların quraşdırılmasında göstərilən təşəbbüs və əməyə görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdrəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Nihat Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Şahbuz Rayon Polis Şöbəsinə etdiyim müraciətim müsbət həll olunduğuna görə Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in və Şahbuz Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Vətəndaş Ramil Əliyev DİN-in “Facebook” səhifəsinə ünvanladığı təşəkkür mesajında DİN-ə etdiyi müraciətinin qısa müddətdə həll olunmasına Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş İbrahim  Ağalarov  DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənim məsələmə baxıldı, həllini tapdı. Sizə təşəkkür edirəm, sosial şəbəkədən müraciətimdən sonra mənimlə əlaqə saxlanıldı. Artıq heç bir şikayət və tələbim yoxdur”.

Yevlax rayon sakini İlqar Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Ağsu rayon sakini Günel Dadaşova müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Calal Bəşirov müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Camal Abdullayev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şəki şəhər sakini Zaur Hüseynov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.