Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.01.2026 - Vətəndaş Fuad Məmmədov
Vətəndaş Fuad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxıldığını, müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdalarına təşəkkürünü bildirir.
15.01.2026 - Vətəndaş Aidə Əliyeva
Vətəndaş Aidə Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına, və ona dəymiş maddi ziyanın tam olaraq qaytarılmasının təmin edilməsinə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.01.2026 - Biləsuvar rayon sakini Samir Heydərov
Biləsuvar rayon sakini Samir Heydərov öz məktubunda onu narahat edən məsələ ilə bağlı müraciətinin müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
15.01.2026 - Bakı şəhər sakini Kimyə Eyvazova
Bakı şəhər sakini Kimyə Eyvazova məktubunda obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.01.2026 - Vətəndaş Rəfail Sadiqov
Vətəndaş Rəfail Sadiqov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Xətai RPİ 35-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.01.2026 - Vətəndaş Fərid Əliyev
Vətəndaş Fərid Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.01.2026 - Vətəndaş Elgün Qurbanov
Vətəndaş Elgün Qurbanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları tərəfindən ona köməklik göstərildiyini və hüquqi izah verildiyini qeyd edir.
E.Qurbanov göstərilən operativliyə və diqqətli yanaşmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.01.2026 - Vətəndaş Famil Yusubov
Vətəndaş Famil Yusubov DİN-in “Facebook” səhifəsinə yazdığı şərhdə bayram günlərində polis əməkdaşlarının xidməti fəaliyyətini layiqincə yeinə yetirdiyinin şahidi olduğunu qeyd edərək Azərbaycan polisinə minnətdarlığını bildirir.
15.01.2026 - Vətəndaş Xalid Həsənov
Vətəndaş Xalid Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.