Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.03.2026 - Masallı rayon sakini Bayram Əsgərov
Masallı rayon sakini Bayram Əsgərov yaşadığı ərazidə yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən tədbirlərə görə Baş Dövlət Yol Polisi İdarəsinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Ağcabədi rayon sakini Haviz Quliyev
Ağcabədi rayon sakini Haviz Quliyev DİN-ə ünvanladığı məktubunda müraciəti ilə bağlı məsələnin müsbət həllini tapdığını bildirir, göstərilən diqqətə və operativliyə görə təşəkkürünü bildirir.
19.03.2026 - Lənkəran rayon sakini İlkin İmanlı
Lənkəran rayon sakini İlkin İmanlı DİN-ə məktub ünvanlayıb. O, Bakı şəhəri ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsində qəfildən yanğın başladığını, bu zaman ərazidə xidmət aparan post-patrul xidmətinin və dövlət yol polisi əməkdaşlarının peşəkarlıqla yardım göstərdiyini yazır. Vətəndaş polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində avtomobildə olan heç kimin xəsarət almadığını, nəqliyyat vasitəsinin ciddi zərər görməsinin qarşısının alındığını bildirir və minnətdarlığını ifadə edir.
19.03.2026 - Bərdə rayon sakini Orxan Yusifov
Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvaladığı məktubunda ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, vətəndaş müraciətlərinə operativ baxılmasına və həssaslıqla yanaşılmasına, humanistliyə görə DİN-in və Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
19.03.2026 - Vətəndaş Ziyafət Süleymanova
Vətəndaş Ziyafət Süleymanova DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ qaydada baxılmasına, qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə DİN-in Baş Cinayət Axtarış İdarəsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Lerik rayon sakini Oqtay Cəbiyev
Lerik rayon sakini Oqtay Cəbiyev DİN-ə ünvanladığı məktubunda müraciətinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırılmasına və onlara dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü ifadə edir.
19.03.2026 - Vətəndaşlar Fidan Cabbarova və Turqut Tağıyev
Vətəndaşlar Fidan Cabbarova və Turqut Tağıyev DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirirlər.
19.03.2026 - Bakı şəhər sakini Həsən Həsənov
Bakı şəhər sakini Həsən Həsənov müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.03.2026 - Vətəndaş Elnarə Rəhimova
Vətəndaş Elnarə Rəhimova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.