Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.03.2026 - Yasamal rayon sakini Murad Şirinov
Yasamal rayon sakini Murad Şirinov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Abşeron rayon sakini Nəsibə Mustafayeva
Abşeron rayon sakini Nəsibə Mustafayeva məktubunda müraciətinə göstərilən obyektivliyə görə Yasamal RPİ 28-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Bakı şəhər sakini Çimnaz Hüseynova
Bakı şəhər sakini Çimnaz Hüseynova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Vətəndaş Ceyran Abdullayeva
Vətəndaş Ceyran Abdullayeva məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Bakı şəhər sakini Yaqub Məmmədli
Bakı şəhər sakini Yaqub Məmmədli məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
19.03.2026 - Vətəndaşlar Bəybala Qədimov və Yafo Yedadayeva
Vətəndaşlar Bəybala Qədimov və Yafo Yedadayeva xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
19.03.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Vidadi Mustafayev, Kənan Tağıyev, Veysəl Balayev, Veysəl Mirzəyev, Şahməmməd Qədirov, Pərvin Səfəri və Ramik Ağasiyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
19.03.2026 - Quba rayon sakini Gülağa Abasov
Quba rayon sakini Gülağa Abasov baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırmasından tam razı qaldığına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.03.2026 - Vətəndaş Fuad Mirzəxanov
Vətəndaş Fuad Mirzəxanov etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.