Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.03.2026 - Vətəndaş Mehriban Muradova
Vətəndaş Mehriban Muradova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Muradova Mehriban Qasım qızı 34-cü polis şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal operativ şəkildə reaksiya verildi və mənə köməklik göstərildi. Buna görə Cənab Nazirə və Xətai RP-nin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan polisi.
20.03.2026 - Vətəndaş Fidan Rzayeva
Vətəndaş Fidan Rzayeva DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Rzayeva Fidan Pərviz qızı. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdim. Qısa müddət ərzində işimizə baxıldığına görə Daxili İşlər Nazirliyinə və Nərimanov rayon polis rəhbərliyinə öz təşəkkürümü bildirirəm.
20.03.2026 - Vətəndaş Aysu Budaqova
Vətəndaş Aysu Budaqova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Kəngərli rayonunun Böyükdüz kənd sakini Budaqova Aysu Şaiq qızıyam. Narahatlıqla bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etmişdim və müraciətimə dərhal baxılaraq mənə köməklik göstərilmişdir. Göstərilən köməyə və diqqətə görə başda DİN-in rəhbərliyi olmaqla Azərbaycan polisinə öz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.
20.03.2026 - Vətəndaş Sərxan Bağırov
Vətəndaş Sərxan Bağırov DİN-ə ünvanladığı məktubunda yol polisinin fəaliyyəti ilə bağlı şikayətinin təmin olunduğu üçün minnətdarlığını bildirir.
20.03.2026 - Xarici vətəndaş Yair Hirschowitz
Xarici vətəndaş Yair Hirschowitz DİN-ə ünvanladığı məktubunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan zaman itmiş bank kartının polis əməkdaşları tərəfindən tapılması ilə əlaqədar minnətdarlığını bildirir.
19.03.2026 - Sumqayıt şəhər sakini Nadir Bədəlov
Sumqayıt şəhər sakini Nadir Bədəlov məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Vətəndaş Şəbnəm Əliyeva
Vətəndaş Şəbnəm Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Əcnəbi vətəndaş Berkay Tokmak
Əcnəbi vətəndaş Berkay Tokmak DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.03.2026 - Vətəndaş Sadiq Həsənov
Vətəndaş Sadiq Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.