Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.03.2026 - Vətəndaş Aynura Azayeva
Vətəndaş Aynura Azayeva DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Bir dostumuzun ofisindən kamera oğurlanmışdı. Bu hadisə hamımızı çox narahat etmişdi. Sağ olsunlar, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları, məsələyə həssas yanaşdılar, axtarış apardılar. Nəticədə kamera tapılaraq bizə təhvil verildi. Göstərdikləri diqqət və köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edirik.
31.03.2026 - Vətəndaş Mirzəhüseyn Hüseynov
Vətəndaş Mirzəhüseyn Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Elektron ödəmə sistemi vasitəsilə səhvən başqa şəxsə məxsus bank hesabına pul vəsaiti göndərmişdim. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları bu məsələyə tez, operativ və obyektiv şəkildə münasibət bildirdilər. 21-ci Polis Şöbəsinin əməkdaşlarının peşəkarlığı nəticəsində səhvən göndərilən vəsait mənə geri qaytarıldı. Göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinə və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin 21-ci Polis Şöbəsinin əməkdaşlarına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.
31.03.2026 - Vətəndaş Əsnad Kərimova
Vətəndaş Əsnad Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Şikayət ərizəm əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində mənə dəymiş ziyan tamamilə ödətdirildi. Bu səbəbdən DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkür edirəm”.
31.03.2026 - Masallı rayon sakini Şahin Həsənov
Masallı rayon sakini Şahin Həsənov yaşadığı ərazidə yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən tədbirlərə görə Baş Dövlət Yol Polisi İdarəsinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
31.03.2026 - Biləsuvar rayon sakini Seylan Qarayeva
Biləsuvar rayon sakini Seylan Qarayeva DİN-ə ünvaladığı məktubunda ictimai asayişin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə operativ baxılmasına və həssaslıqla yanaşılmasına, humanistliyə görə DİN-in və Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
31.03.2026 - Biləsuvar rayon sakini Bayram Bayramov
Biləsuvar rayon sakini Bayram Bayramov öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə DİN-in və Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
31.03.2026 - Cəlilabad rayon sakini Laçın Abdullayev
Cəlilabad rayon sakini Laçın Abdullayev yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən tədbirlərə, baş verən yol nəqliyyat hadisələrinin obyektiv və hərtərəfli araşdırılmasına görə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
31.03.2026 - Cəlilabad rayon sakini Aynur Əliyeva
Cəlilabad rayon sakini Aynur Əliyeva öz məktubunda müraciətinə çevik reaksiya verilməsinə, lazım olan köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.03.2026 - Vətəndaş Əli Rzayev
Vətəndaş Əli Rzayev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Rzayev Əli Novruz oğlu, 25.02.2026-cı il tarixində idarə etdiyim, atama məxsus Hyundai Sonata markalı avtomobillə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yol-nəqliyyat hadisəsi ilə üzləşmişəm. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşları yaxınlaşaraq mənə yaxından köməklik göstərdilər. Başda cənab Nazir Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarına təşəkkür edirəm.