Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.12.2025 - Vətəndaş Aynurə Ağayeva
Vətəndaş Aynurə Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonu ərazisində hərəkətdə olarkən avtomobilində nasazlıq yarandığını və polis əməkdaşlarının ona köməklik göstərdiyini qeyd edir.
A.Ağayeva göstərdikləri diqqətə, həmçinin xoş rəftara və nəzakətli davranışlara görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
19.12.2025 - Vətəndaş Cəmilə Əlibəyli
Vətəndaş Cəmilə Əlibəyli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.12.2025 - Vətəndaş Sevinc Budaqova
Vətəndaş Sevinc Budaqova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.12.2025 - Vətəndaş Hafiz Cəfərov
Vətəndaş Hafiz Cəfərov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
19.12.2025 - Bakı şəhər sakini Ülviyyə Əliyeva
Bakı şəhər sakini Ülviyyə Əliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
19.12.2025 - Astara rayon sakini Əyyub Şirvanov
Astara rayon sakini Əyyub Şirvanov DİN-ə ünvanladıqları təşəkkür məktubunda müraciətinə həssas yanaşılaraq məişət və sosial problemlərinin həlli üçün ona göstərilən yardımlara görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
19.12.2025 - Vətəndaş Natiq Məmmədli
Vətəndaş Natiq Məmmədli Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.12.2025 - Vətəndaşlar Elçin Əzizov, Rafiq İsgəndərov, Tahir Abbasov və Rövşən Quliyev
Vətəndaşlar Elçin Əzizov, Rafiq İsgəndərov, Tahir Abbasov və Rövşən Quliyev üzləşdikləri problemlə bağlı müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə problemlərinin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə təşəkkür edirlər.
19.12.2025 - Qazax rayon sakini Sevin Allahverdiyeva
Qazax rayon sakini Sevin Allahverdiyeva xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Qazax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.