Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.01.2026 - Vətəndaş Mübariz Bağırlı
Vətəndaş Mübariz Bağırlı öz məktubunda müraciətinin araşdırılaraq onun narahat edən problemin müsbət həllini tapmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.01.2026 - Vətəndaş Aynurə Səfərova
Vətəndaş Aynurə Səfərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ reaksiya verilməsinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə görə təşəkkürünü bildirir.
29.01.2026 - Sabiq polis əməkdaşı Əfqan Əliyev
Sabiq polis əməkdaşı Əfqan Əliyev üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
29.01.2026 - Sosial şəbəkə istifadəçisi Solmaz Rəsulova
Sosial şəbəkə istifadəçisi Solmaz Rəsulova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
29.01.2026 - Vətəndaş Elçin Abbasov
Vətəndaş Elçin Abbasov müraciətinə operativ baxılmasına, həmçinin göstərilən xoş rəftara görə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.
29.01.2026 - Sosial şəbəkə istifadəçisi Nəcəf Osmanov
Sosial şəbəkə istifadəçisi Nəcəf Osmanov maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
29.01.2026 - Bakı şəhər sakini Hamlet Həmzəyev
Bakı şəhər sakini Hamlet Həmzəyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nəsimi Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
29.01.2026 - Bakı şəhər sakini Natiq Əliyev
Bakı şəhər sakini Natiq Əliyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
29.01.2026 - Sosial şəbəkə istifadəçisi Mirhəşim Bağırov
Sosial şəbəkə istifadəçisi Mirhəşim Bağırov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.