Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ramil Həsənov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Səbunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Nicat Qəhrəmanov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Nərminə Naftaliyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Natiq Ələsgərov baş verən yanğın zamanı yaxınlıqda xidmət aparan yol-patrul əməkdaşlarının şücaət göstərərək əlil qadını yanğından xilas edib ilkin tibbi yardım göstərdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Süleyman Mihrimah itirdiyi mobil telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Vasif Xanaliyev müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Kəmalə Ağayeva üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Abşeron Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Bakı şəhər sakini İqbal Nəzərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Mübariz Vəliyev oğluna qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkür edir.