Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.01.2026 - Vətəndaş Elvira Quliyeva
Vətəndaş Elvira Quliyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.01.2026 - Vətəndaş Nicat Məmmədov
Vətəndaş Nicat Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
28.01.2026 - Vətəndaş Fidan Baxşəliyeva
Vətəndaş Fidan Baxşəliyeva DİN-in “Facebook” səhifəsinə yazdığı təşəkkür mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
28.01.2026 - Vətəndaş Elnur Qorçuyev
Vətəndaş Elnur Qorçuyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.01.2026 - Bakı şəhər sakini Mirhəmid Qəhrəmanov
Bakı şəhər sakini Mirhəmid Qəhrəmanov DİN-ə ünvanladığı məktubunda baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.01.2026 - Vətəndaş Razi Abasbəyli
Vətəndaş Razi Abasbəyli “Facebook” sosial şəbəkəsindəki hesabında Daxili İşlər Nazirliyinə təşəkkür postu paylaşıb. O, müraciəti ilə bağlı operativ tədbirlər görülməsinə və qısa müddət ərzində müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə, həmçinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.01.2026 - Vətəndaş Mətin Məmmədov
Vətəndaş Mətin Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “18 yanvar 2026-cı il tarixində Nəsimi rayonu ərazisində mənim iştirakımla yol-nəqliyyat hadisəsi baş vermişdi. Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma zamanı göstərilən diqqət və səmimi münasibətə, hüquqlarımın müdafiə olunmasına, müraciətimə operativ şəkildə baxılmasına, obyektiv araşdırma aparılaraq vətəndaş məmnuniyyətinin ön plana çəkilməsinə görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Neçə yaxşı ki, təhlükəsizliyimizin qeydinə qalan Azərbaycan polisi var”.
27.01.2026 - Vətəndaş Elvin Qəhrəmanlı
Vətəndaş Elvin Qəhrəmanlı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “07.01.2026-cı il tarixində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmişdim. Həmin müraciətimlə bağlı polis şöbəsində arașdırma aparıldı. Qazi olduğum nəzərə alınmaqla müraciətimə həsass yanaşıldı və qayğı göstərilməklə məmunluq yaradıldı. Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətinin mənə qayğı və diqqət göstərməsinə, nəzakətli və həssas yanaşmaya və məsələnin müsbət həllinə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.
27.01.2026 - Vətəndaş Vüsalə Bağırova
Vətəndaş Vüsalə Bağırova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ reaksiya verilərək mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.