Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.01.2026 - Vətəndaş Leyla Ahıska
Vətəndaş Leyla Ahıska DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək pulumun bankomatda qalması barədə şikayət etmişdim. Polis əməkdaşları müraciətimə çevik və operativ şəkildə baxaraq mənə köməklik göstərdilər. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
05.01.2026 - Vətəndaş Fəxrim Novruzov
Vətəndaş Fəxrim Novruzov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Üzləşdiyim çətinliklə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən mənə yardım göstərildi. Vətəndaş məmnuniyyəti yaradıldığı üçün öz təşəkkürümü bildirirəm”.
05.01.2026 - Salyan rayon sakini Elşən Həsənov
Salyan rayon sakini Elşən Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
30.12.2025 - Naxçıvan şəhər sakini Lalə Əsgərova
Naxçıvan şəhər sakini Lalə Əsgərova müraciətinin müsbət həll olunmasına görə, Şahbuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.12.2025 - Vətəndaş Rəsul Paraşov
Vətəndaş Rəsul Paraşov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.12.2025 - Vətəndaş Rəsul Allahverdiyev
Vətəndaş Rəsul Allahverdiyev müraciətinin obyektiv araşdırılmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.12.2025 - Quba rayon sakini Fərid Hacıyev
Quba rayon sakini Fərid Hacıyev etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir
30.12.2025 - Bakı şəhər sakini Qadir Hüseynov
Bakı şəhər sakini Qadir Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
30.12.2025 - Bakı şəhər sakini Janna Məhərrəmova
Bakı şəhər sakini Janna Məhərrəmova müraciətində göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıq edir