Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.01.2026 - Vətəndaş Ramin Mailov
Vətəndaş Ramin Mailov DİN-in “Instagram” səhifəsinə mesajında mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa müddətdə məsələnin araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.01.2026 - Vətəndaş Elgün Pirəli
Vətəndaş Elgün Pirəli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara operativ tədbirlərə görə DİN rəhbərliyinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2026 - Vətəndaş Səidə Rüstəmova
Vətəndaş Səidə Rüstəmova polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə üzləşdiyi cinayət əməlini törədən şəxslərin saxlanıldığını, oğurlanmış əşyasının özünə qaytarıldığını qeyd edir.
23.01.2026 - Vətəndaş Emil Rəhimov
Vətəndaş Emil Rəhimov hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Vətəndaş Qurban Ələsgərli
Vətəndaş Qurban Ələsgərli üzləşdiyi problemlə bağlı etdiyi müraciət əsasında onun və qarşı tərəfin polis orqanına dəvət olunduğunu və onlarla profilaktik söhbətlər aparılmaqla məsələnin qısa bir zamanda həllini tapdığını bildirir. Həssas rəftara və göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
23.01.2026 - Vətəndaş Pərviz Məmmədov
Vətəndaş Pərviz Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, polis əməkdaşları tərəfindən hər bir müraciətə həssas yanaşıldığını və keçirilən operativ tədbirlər nəticəsində kibertəhlükəsizliyin təmin olunduğunu bildirir. Obyektiv yanaşmaya və göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
23.01.2026 - Vətəndaş Aytəkin Məmmədova
Vətəndaş Aytəkin Məmmədova velosipedinin oğurlanması ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və oğurlanmış velosipedinin geri qaytarıldığını qeyd edərək Nərimanov RPİ-nin, eləcə də 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Vətəndaş Zümrüd Məmmədli
Vətəndaş Zümrüd Məmmədli üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Vətəndaş Dilavər Rzayev
Vətəndaş Dilavər Rzayev baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edərək Nəsimi RPİ-nin, eləcə də 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.