Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Nail Səfərov
Sosial şəbəkə istifadəçisi Nail Səfərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.12.2025 - Abşeron rayon sakini Qadir Cəfərov
Abşeron rayon sakini Qadir Cəfərov qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayığnın, etimadın təqdirəlayiq olduğunu qeyd edərək Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
26.12.2025 - Bakı şəhər sakini Günay Hüseynova
Bakı şəhər sakini Günay Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi hüquqazidd əməllərlə bağlı müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxılaraq müsbət həll edildiyini qeyd edir.
G.Hüseynova vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.12.2025 - Vətəndaş Yusif Məmmədli
Vətəndaş Yusif Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Xətai rayonu 8 noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılaraq obyektiv qərar qəbul edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
26.12.2025 - Vətəndaş Nuranə Zeynalova
Vətəndaş Nuranə Zeynalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Mənim müraciətimə operativ qaydada baxıldı. Polis əməkdaşları qısa müddət ərzində mənə qarşı dələduzluq etmiş şəxsi müəyyən etdilər və mənə dəymiş maddi ziyan tam şəkildə ödənildi. DİN-in və Gəncə ŞBPİ-nin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
26.12.2025 - Vətəndaş Ülviyyə Babayeva
Vətəndaş Ülviyyə Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirmək istəyirəm. Alt qonşumun evindən mütəmadi olaraq gələn səs-küydən narahat idik. Müraciət etdikdən sonra dərhal qanuni tədbir görüldü. Müraciətimə baxıldı və problem qısa zamanda həll edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkür edirəm”.
26.12.2025 - Bakı şəhər sakini Çingiz Qurbanov
Bakı şəhər sakini Çingiz Qurbanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, Nəsimi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmasına görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
26.12.2025 - Bakı şəhər sakini Sərxan Cəfərov
Bakı şəhər sakini Sərxan Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.12.2025 - Vətəndaş Rüfət Zəbbərov
Vətəndaş Rüfət Zəbbərov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında məişət səs-küyü ilə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir