Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Vüqar Həmidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.01.2026-cı il tarixdə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmanın gedişindən və göstərilən münasibətdən çox razı qaldım. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.”

Vətəndaş Dilarə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Binəqədi RPİ 6-cı Polis Bölməsinin hörmətli rəhbərliyinə və əməkdaşlarına itmiş telefonumun tapılaraq mənə qaytarılmasında göstərdiyiniz operativlik, diqqət və məsuliyyət üçün Sizə dərin təşəkkürümü bildirirəm. Peşəkarlığınız və vətəndaşlara göstərdiyiniz qayğı təqdirəlayiqdir. Bu hadisə bir daha sübut etdi ki, Siz vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması üçün böyük fədakarlıqla xidmət edirsiniz. Zəhmətiniz və dəstəyiniz üçün minnətdaram. Sizə çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm, Azərbaycan Polisinə.” 

Vətəndaş Mehparə Mansırova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Pirallahı rayonu 243 nömrəli tam orta məktəbin direktoru Mansırova Mehparə Həsən qızı. Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına keçirdiyi maarifləndirici tədbirlərə görə başda Daxili İşlər Nazirliyi olmaqla məktəb rəhbərliyi və kollektivi tərəfindən öz təşəkkürümü bildirirəm.”

Vətəndaş Firudin Dadaşov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Dadaşov Firudin Əhsən oğlu, Xətai rayonu, F.Bayramov 6 ünvanında yaşayıram, ərazimizin sahə inspektoru Davud Soltanov tərəfindən yaşadığım məhəllə tam kameralaşdırılmış və baş verə biləcək neqativ halların qarşısı alınmışdır. Buna görə cənab Nazir başda olmaqla Xətai Rayon Polis İdarəsinə sakinlər adından minnətdarlığımızı bildiririk.”

Vətəndaş Nazlı Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Cənab Nazir, ölkə başçısına və Sizə çox təşəkkür edirəm ondan ötrü ki mən 18-ci Polis Şöbəsinə Mahmud Mamayev adlı səxsin mənə qarşı kobudluq etməsi və 400 manatımın ələ keçirməsini bildirmişdim. Polis həm zərərin ödətdirməsində mənə köməklik göstərdi, həm də həmin şəxsi məhkəməyə çıxararaq inzibati həbs etdirdi. Bu da mənim timsalımda Azərbaycan qadınına göstərilən hüquq mühafizə orqanının qayğısıdır. Dövlətimizin polisi ilə fəxr edirik.”

Vətəndaş Səlminaz Vəliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Hörmətli cənab Nazir, 31.01.2026-cı il tarixində Xətai RPİ 35-ci Polis Bölməsinə gələrək ərizə ilə müraciət etmişdim. Çox keçmədən 35-ci Polis Bölməsinin əməkdaşları müraciətimə baxdılar. Buna görə də, başda Siz olmaqla Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm.” 

Quba rayon sakinləri İntiqam Aydəmirov, Hədi Əhmədov, Vüsal Becanov, Nihat Rəhmətov və Niyazi Xəlilov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Samir Orucov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Qusar rayon sakini Artur Hacıbalayev Quba rayonunda olarkən sükan arxasında anidən halı pisləşdiyi zaman göstərilən köməkliyə  görə  Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.