Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Seymur Vəliyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir. 

Sumqayıt şəhər sakini Adnan Balık Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi hüquqazidd əməllə bağlı müraciətinin operativ şəkildə araşdırılaraq ona dəymiş maddi ziyanın qaytarılmasına görə DİN-in rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nail Nuriyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Övladımın səhhətində qəfil yaranmış ciddi problem səbəbindən onu təcili şəkildə xəstəxanaya çatdırmalı olduğum anda kömək üçün yol polisi əməkdaşlarına müraciət etdim. Vəziyyətin ciddiliyini anlayan polis əməkdaşları operativ reaksiya göstərərək hərəkətimizin təhlükəsiz və maneəsiz şəkildə təmin olunmasına köməklik etdilər. Məhz onların vaxtında göstərdiyi dəstək sayəsində övladım həkimlərə vaxtında çatdırıldı və sağlamlığı qorundu. Vətəndaşına ən çətin anda dayaq olan belə polis əməkdaşlarına və DİN-in rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Günay Cəfərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli-gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində yaşadığı ərazidə asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Röyal Hüseynli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN-ə etdiyi müraciətinin operativ araşdırıldığını və müsbət həll edildiyini qeyd edərək göstərilən diqqət və humanist yanaşmaya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Lalə Şükürova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı dələduzluq edilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etmişdim. Təhqiqat araşdırması zamanı mənə dəymiş maddi ziyan geri qaytarıldığı üçün DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”. 

Əcbəni vətəndaş Maksim Kalinin DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Azərbaycana səfəri zamanı qarşılaşdığı problemin qısa müddətdə həlli istiqamətində göstərdikləri köməyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnur Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “07.04.2026-cı il tarixində “102” Xidməti-Zəng Mərkəzinə mübahisəli məsələ ilə əlaqədar müraciət etmişdim. Müraciətimə Pirallahı Rayon Polis İdarəsi tərəfindən baxıldı. Qarşı tərəf qanun çərçivəsində məsuliyyətə cəlb olunduğu üçün təşəkkürümü bildirirəm”.

Vətəndaş Mirmansur Dadaşov DİN-ə yazdığı məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Lerik Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.