Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.02.2026 - Bakı şəhər sakini Ruslan Səyidov
Bakı şəhər sakini Ruslan Səyidov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
24.02.2026 - Bərdə rayon sakini Orxan Yusifov
Bərdə rayon sakini Orxan Yusifov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Bərdə Rayon Polis Şöbəsinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir, onlara şərəfli xidmətlərində uğurlar arzulayır.
24.02.2026 - Bakı şəhər sakini Tural Mirzəyev
Bakı şəhər sakini Tural Mirzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
24.02.2026 - Bakı şəhər sakini, Qarabağ qazisi olan Bəylər Teymurov
Bakı şəhər sakini, Qarabağ qazisi olan Bəylər Teymurov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.02.2026 - Vətəndaş Ruslan Mahmudov
Vətəndaş Ruslan Mahmudov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanına dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
23.02.2026 - Vətəndaş Eltun Rəcəbzadə
Vətəndaş Eltun Rəcəbzadə DİN-in sosial şəbəkə hesabına təşəkkür mesajı yazıb. O, bir müddət əvvəl üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ona hüquqları izah edilməklə müvafiq köməklik göstərildiyini və məsələnin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.
23.02.2026 - Vətəndaş İlqar Eyvazov
Vətəndaş İlqar Eyvazov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
23.02.2026 - Vətəndaş Ruhiyyə Mirzəliyeva
Vətəndaş Ruhiyyə Mirzəliyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında yaşadığı ərazidə narkotik vasitələrdən istifadə hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə özü və qonşuları adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.02.2026 - Vətəndaş Əmrah Fərəcov
Vətəndaş Əmrah Fərəcov baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılma aparıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.