Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.05.2026 - Vətəndaş Anar Vəliyev
Vətəndaş Anar Vəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov rayonunun M.Nərimanov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
26.05.2026 - Vətəndaş Günel Əliyeva
Vətəndaş Günel Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi problemlə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.05.2026 - Vətəndaş Kamal Lütvəliyev
Vətəndaş Kamal Lütvəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən onun övladının təhsil aldığı məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən K.Lütvəliyev DİN rəhbərliyinə və Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
26.05.2026 - Vətəndaş İradə Qədimova
Vətəndaş İradə Qədimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.05.2026 - Vətəndaş İlqar Əhmədov
Vətəndaş İlqar Əhmədov “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirir. O, müraciətinə qısa müddətdə baxıldığını və şikayətinin təmin olunduğunu qeyd edir. İ.Əhmədov müraciətinə operativ və həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.05.2026 - Vətəndaş Telman Babaşov
Vətəndaş Telman Babaşov “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində özünə məxsus dövlət qeydiyyat nişanını itirdiyini bildirir. O, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanının tapılaraq özünə təhvil verildiyini qeyd edir. T.Babaşov göstərilən diqqətə və operativliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
26.05.2026 - Vətəndaş Elvin Tağıyev
Vətəndaş Elvin Tağıyev “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirir. O, müraciətinə qısa müddətdə baxıldığını və şikayətinin təmin olunduğunu qeyd edir. E.Tağıyev müraciətinə operativ və həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.05.2026 - Bakı şəhər sakini Vəliyəddin Həsənov
Bakı şəhər sakini Vəliyəddin Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda paytaxt ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını qeyd edir. O, hadisə yerində araşdırmanın operativ və yüksək peşəkarlıqla həyata keçirildiyini, araşdırmanın nəticəsindən razı qaldığını bildirir.V.Həsənov göstərilən diqqətə və obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.05.2026 - Sumqayıt şəhər sakini Samirə Mütəllimova
Sumqayıt şəhər sakini Samirə Mütəllimova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda daxili işlər naziri tərəfindən İmişli rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlərin verildiyini, Baş Cinayət Axtarışı İdarəsinin, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini qeyd edir. S.Mütəllimova müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə, həmçinin aidiyyəti polis əməkdaşlarına təşəkkürünü bildirir.