Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.05.2026 - Bakı şəhər sakini Əlibala Paşayev
Bakı şəhər sakini Əlibala Paşayev Daxili İşlər Nazirliyinə ünvanladığı minnətdarlıq məktubunda paytaxt ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən operativ və obyektiv baxıldığını qeyd edir. O, hadisə yerinə gələn polis əməkdaşı tərəfindən araşdırmanın yüksək peşəkarlıqla aparıldığını və araşdırmanın gedişatından razı qaldığını bildirir. Əlibala Paşayev göstərilən diqqətə, operativliyə və peşəkar yanaşmaya görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.05.2026 - Vətəndaş Xaliq Mustafayev
Vətəndaş Xaliq Mustafayev “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımında Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə ünvanladığı müraciətinə operativ baxıldığını qeyd edir. O, İnqilab prospekti ilə Tbilisi prospektinin kəsişməsində yaranan tıxac və həmin ərazidə tənzimləyicinin olmaması ilə bağlı müraciətinə qısa müddətdə reaksiya verildiyini, ərazidə işıqforun quraşdırılmasının vətəndaş müraciətlərinə göstərilən diqqətin nümunəsi olduğunu bildirir. X.Mustafayev vətəndaş müraciətlərinə həssas yanaşılmasına, operativliyə və peşəkar fəaliyyətə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2026 - Vətəndaş Kamil Qasımov
Vətəndaş Kamil Qasımov polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə oğurluq əməlini törədən şəxslərin saxlanıldığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini qeyd edir.
25.05.2026 - Vətəndaş Elmira Əliyeva
Vətəndaş Elmira Əliyeva pozulmuş hüquqlarının bərpası ilə bağlı etdiyi müraciətə operativ baxıldığını, Xətai RPİ-nin 35-ci Polis Şöbəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2026 - Vətəndaş Faiq Qasımov
Vətəndaş Faiq Qasımov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2026 - Vətəndaş Azər Məmmədov
Vətəndaş Azər Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında paytaxtın Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
25.05.2026 - Vətəndaş Tahir Mənsimov
Vətəndaş Tahir Mənsimov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2026 - Bakı şəhər sakini Elnur Əliyev
Bakı şəhər sakini Elnur Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, Suraxanı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinə dərhal reaksiya verildiyini, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həmin ünvana gələrək müvafiq tədbirləri həyata keçirdiklərini qeyd edib.
25.05.2026 - Bakı şəhər sakini Cəfər Məmmədli
Bakı şəhər sakini Cəfər Məmmədli avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına, həmçinin baş verən yol-nəqliyyat hadisələri zamanı obyektiv və operativ araşdırmaların aparılmasına görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində onlara uğurlar arzulayır.