Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əli Əhmədov DİN-ə ünvanladığı məktubunda WUF-13 tədbiri zamanı ictimai asayişin yüksək səviyyədə qorunmasına, təhlükəsizliyin peşəkar şəkildə təmin edilməsinə görə BBPİ İCTİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.        

Vətəndaş Nuridə Əhmədova müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bərdə rayon sakini Mahirə Əliyeva müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bərdə rayon sakini Rövşən Cəbrayılov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Ağdam rayon sakini Nəriman Məmmədov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ucar rayon sakini Tacir Xəlilov DİN-ə yazdığı məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə görə Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Camal Bəşirov DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aysel Ağayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul olunmasına görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Aqil Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin obyektiv araşdırılmasına, məsələnin müsbət həllini tapmasına və vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.