Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.05.2026 - Vətəndaş Fariz Qarayev
Vətəndaş Fariz Qarayev məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
26.05.2026 - Gəncə şəhər Akif Rzayev
Gəncə şəhər Akif Rzayev təşəkkür məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
26.05.2026 - Vətəndaş Mirseyib Sadıqov
Vətəndaş Mirseyib Sadıqov məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
26.05.2026 - Vətəndaş Lamiyə Qasımova
Vətəndaş Lamiyə Qasımova özü və Xətai rayonunda yerləşən 24 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri adından Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdikləri dələduzluqla bağlı müraciətlərinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
26.05.2026 - Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Fatma Kazımova
Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Fatma Kazımova məktubunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, o cümlədən Şahbuz Rayon Polis Şöbəsində müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2026 - Vətəndaş İnsaf Nəsirov
Vətəndaş İnsaf Nəsirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Səbail RPİ 9-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.
26.05.2026 - Abşeron rayon sakini İsmayıl Əliyev
Abşeron rayon sakini İsmayıl Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.05.2026 - Vətəndaş Mətanət Novruzova
Vətəndaş Mətanət Novruzova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, həmçinin ona hüquqi izah verilməsinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.05.2026 - Vətəndaş Taleh Kərimov
Vətəndaş Taleh Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən müvafiq köməklik göstərilərək qısa müddətdə probleminin həll olunduğunu qeyd edir.
T.Kərimov vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.