Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zülfiyyə Muradova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Villiams  Deaquan DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Səbail RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Quba rayon sakinləri Kamil Qəhrəmanov, Şabəddin İskəndərov, Vüqar Həsənov, Seymur Qadaşov və Pərviz Ağayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakini Ümid Əsədov baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırmasından tam razı qaldığına görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Naib Qənbərov, İsmayıl Aslanov və Cəmil Musayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, həmçinin müraciətlərinə həssas yanaşılmasına görə  Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirirlər.

Quba rayon sakini Akif Əliyev etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə  DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakinləri  Əmir Ağayev, Mübariz Əhədov, Toğrul Ələkbərov, Ramil Asanov və Elnur Qəribov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Samir Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini,  müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Özer Aydın DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.