Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.05.2026 - Lerik rayon sakini Zenfira Kərimova
Lerik rayon sakini Zenfira Kərimova DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Lerik Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul olunduğunu, məsələnin operativ qaydada müsbət həllini tapdığını yazır. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, diqqətə və qayğıya görə təşəkkürünü bildirir.
26.05.2026 - Masallı rayon sakini Ədalət Eyvazov
Masallı rayon sakini Ədalət Eyvazov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına görə NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
26.05.2026 - Lənkəran şəhər sakini Nazim Məmmədli və Biləsuvar rayon sakini Anar Eyvazov
Lənkəran şəhər sakini Nazim Məmmədli və Biləsuvar rayon sakini Anar Eyvazov Bakı şəhəri ərazisində üzləşdikləri yol nəqliyyat hadisələrinin obyektiv və peşəkarlıqla araşdırılmasına görə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirirlər.
26.05.2026 - Lənkəran rayon sakini Rasim Ağayev
Lənkəran rayon sakini Rasim Ağayev DİN-ə yazdığı məktubunda onu narahat edən problemələ bağlı lazımi köməyin göstərilməsinə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına və humanistliyə görə Lənkəran Şəhər Rayon Polius Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2026 - Astara rayon sakini Ramiz Fəhradov
Astara rayon sakini Ramiz Fəhradov öz məktubunda müraciətinin operativ baxılaraq cavablandırılmasına, vətəndaşların hüquq və mənafelərinin etibarlı qorunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2026 - Biləsuvar rayon sakini Vaqif Abdullayev
Biləsuvar rayon sakini Vaqif Abdullayev DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və müsbət həllini tapmasına, göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliynə təşəkkürünü bildirir.
26.05.2026 - Lənkəran rayon sakini Aqil Quliyev
Lənkəran rayon sakini Aqil Quliyev öz məktubunda müraciətinin obyektiv araşdırılmasına, məsələnin müsbət həllini tapmasına, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2026 - Ağcabədi şəhər sakini Müşfiq Rzayev
Ağcabədi şəhər sakini Müşfiq Rzayev DİN-ə yazdığı məktubunda müraciətinin araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməyə görə Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.05.2026 - Lənkəran rayon sakini Şadman Kazımzadə
Lənkəran rayon sakini Şadman Kazımzadə DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi dələduzluq halı ilə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.