Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elçin Sadıqov avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Səyahət Şükürov ünvanladığı müraciətinə operativ baxıldığını, 37-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edər və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Gülnarə Sadıqova müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Tural Müseyibov müraciətinə operativ reaksiya verildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Bəhruz Mirzəliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmməd Əl-Ənzi DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən problemlə bağlı müraciətinə operativ reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sənan Cəfərov DİN-ə təşəkkür məktubu göndərib. O, peşəkarlıqla xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Namiq Əsədullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunmasına, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Astara rayon sakini Təbriz Baxşiyev DİN-ə təşəkkür məktubu yazıb. O, yeniyetmə və gənclərin maarifləndirilməsində və məlumatlı olmasında böyük əhəmiyyəti olan narkomaniya əleyhinə görüşlərin keçirilməsinə, məktəblilərə dəyərli tövsiyyələrin verilməsinə, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.