Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Səidə Abdullayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Zamiq Əliyev DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Kamran Musayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Ramal Abdullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Samirə İsmayılova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müxtəlif vaxtlarda etdiyi müraciətlərinin müsbət həll olunaraq vətəndaş məmnunluğunun təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis Şöbələrinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elnarə Qəribova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi hüquqazidd əməllə bağlı müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nurlan Əhədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona məxsus əşyaların mənimsənilməsi ilə bağlı müraciətinə qısa müddət ərzində baxılaraq dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Samir Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Yaşadığım ərazi üzrə küçələrə kameraların quraşdırılmasında göstərilən təşəbbüs və əməyə görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdrəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Nihat Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Şahbuz Rayon Polis Şöbəsinə etdiyim müraciətim müsbət həll olunduğuna görə Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in və Şahbuz Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümü bildirirəm”.