Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Çimnaz Hüseynova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ceyran Abdullayeva məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Yaqub Məmmədli məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaşlar Bəybala Qədimov və Yafo Yedadayeva xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaşlar Vidadi Mustafayev, Kənan Tağıyev, Veysəl Balayev, Veysəl Mirzəyev, Şahməmməd Qədirov, Pərvin Səfəri və Ramik Ağasiyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakini Gülağa Abasov baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırmasından tam razı qaldığına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fuad Mirzəxanov etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə  Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayon sakini Bayram Əsgərov yaşadığı ərazidə yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən tədbirlərə görə Baş Dövlət Yol Polisi İdarəsinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Haviz Quliyev DİN-ə ünvanladığı məktubunda müraciəti ilə bağlı məsələnin müsbət həllini tapdığını bildirir, göstərilən diqqətə və operativliyə görə təşəkkürünü bildirir.