Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini İlkin İmanlı DİN-ə məktub ünvanlayıb. O, Bakı şəhəri ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsində qəfildən yanğın başladığını, bu zaman ərazidə xidmət aparan post-patrul xidmətinin və dövlət yol polisi əməkdaşlarının peşəkarlıqla yardım göstərdiyini yazır. Vətəndaş polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində avtomobildə olan heç kimin xəsarət almadığını, nəqliyyat vasitəsinin ciddi zərər görməsinin qarşısının alındığını bildirir və minnətdarlığını ifadə edir.

Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvaladığı məktubunda ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, vətəndaş müraciətlərinə operativ baxılmasına və həssaslıqla yanaşılmasına, humanistliyə görə DİN-in və Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Ziyafət Süleymanova DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ qaydada baxılmasına, qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə DİN-in Baş Cinayət Axtarış İdarəsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Lerik rayon sakini Oqtay Cəbiyev DİN-ə ünvanladığı məktubunda müraciətinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırılmasına və onlara dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü ifadə edir.

Vətəndaşlar Fidan Cabbarova və Turqut Tağıyev DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirirlər.

Bakı şəhər sakini Həsən Həsənov müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elnarə Rəhimova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçiləri Orman Abutalıbov, Xəlil Əliyev, Nəriman Seyidov və Ayxan Rəsulov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirirlər.

Bakı şəhər sakini Murad Alməmmədov teleqramında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.