Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Xəlil Cəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Bəhruz Mirzəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda vətəndaşlara göstərilən diqqət və qayğıya, həmçinin yaranmış problemlərlə bağlı müraciətlərə həssaslıqla yanaşılmasına, müraciətlərin müsbət həlli üçün zəruri tədbirlərin görülməsinə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Mehrac Qulayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətə operativ baxıldığını, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Fərid Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Çox sağ olun, var olun. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları hər zaman olduğu kimi əllərindən gələni etdilər və məsələ həllini tapdı. Yaxşı ki, varsınız, Allah sizləri qorusun”.

Vətəndaş Asim Səfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirakımdan sonra verilən tapşırıqlar nəticəsində mənim problemim həll olundu. Buna görə minnətdarlığımı bildirirəm. Var olsun, Azərbaycan polisi!”.

Türkiyə Respublikasının vətəndaşı Sevde İrem DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Bakı şəhərində taksidə unutduğu mobil telefonunun qısa müddət ərzində tapılaraq özünə təhvil verilməsində göstərdikləri operativ və peşəkar xidmətə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəmalə Muradlı DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, qısa müddətdə müsbət həll edilməsinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Nigar Mehdiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında övladının çantasının itməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını və görülən tədbirlərlə çantanın qısa müddətdə tapılaraq onlara təhvil verildiyini bildirir. O, operativliyə və göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İbrahim Babayev məktubunda üzləşdiyi problemlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə etdiyi müraciəti ilə bağlı qəbul edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və obyektiv araşdırmalar nəticəsində müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və göstərilən diqqətə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.