Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.12.2025 - Vətəndaş Ramiz İbrahimzadə
Vətəndaş Ramiz İbrahimzadə DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.12.2025 - Vətəndaş İsmayıl Həsənov
Vətəndaş İsmayıl Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.12.2025 - Vətəndaş Fəxri Əzizov
Vətəndaş Fəxri Əzizov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.12.2025 - Vətəndaş Adil Sakitov
Vətəndaş Adil Sakitov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, nəvəsinin və gəlninin itkin düşməsiylə bağlı polisə müraciət etdiyini, keçirilən operativ tədbirlərlə qısa vaxt ərzində ailə üzvlərinin tapılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
29.12.2025 - Vətəndaş Sevinc Fərzəliyeva
Vətəndaş Sevinc Fərzəliyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
29.12.2025 - Vətəndaş Elmir Nəsibov
Vətəndaş Elmir Nəsibov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzkəşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
29.12.2025 - Vətəndaş Xəyal Şahbazov
Vətəndaş Xəyal Şahbazov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
29.12.2025 - Bakı şəhər sakini Şəmsiyə Əliyev
Bakı şəhər sakini Şəmsiyə Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.
29.12.2025 - Vətəndaşlar Kənan Kərimov və Ruslan Əzizov
Vətəndaşlar Kənan Kərimov və Ruslan Əzizov üzləşdikləri problemlə bağlı müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə problemlərinin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə təşəkkür edirlər.