Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.07.2026 - Vətəndaşlar İlkin Bayramov, Fazil Əliyev, Şahnaz Həmrayeva, Mehman...
Vətəndaşlar İlkin Bayramov, Fazil Əliyev, Şahnaz Həmrayeva, Mehman Mirzəxanov, Anar Qədmə, Orxan Xanəhmədov, Mübariz Əhədov və Rəvan Almasov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
28.07.2026 - Şirvan şəhər sakini Elçin Mehtiyev
Şirvan şəhər sakini Elçin Mehtiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.07.2026 - Hacıqabul rayon sakini Sevinc Ağamaliyeva
Hacıqabul rayon sakini Sevinc Ağamaliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliklərə görə başda DİN rəhbərliyi olmaqla, Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
28.07.2026 - Şabran rayon sakini Gülzar Qoçəliyeva
Şabran rayon sakini Gülzar Qoçəliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şabran RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.07.2026 - Qazax rayon sakini Ceyhun Rəhimov
Qazax rayon sakini Ceyhun Rəhimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Daxili Qoşunların rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.07.2026 - Vətəndaş İsmixan Adıgözəlov
Vətəndaş İsmixan Adıgözəlov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Tovuz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.07.2026 - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Suresh Franando
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Suresh Franando DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Biz Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana turist kimi gəlmişdik. Azərbaycana gəldiyimiz zaman əl yükümüz itmişdi. Təyyarəmiz yerli vaxtla saat 07:30-da enmişdi, lakin həmin gün baqajımızı tapa bilmədik. Daha sonra, iyulun 18-də saat 20:00 radələrində Hava Nəqliyyatında Polis İdarəsinə müraciət etdik. Polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində baqajımız bir saat ərzində tapıldı. Buna görə Hava Nəqliyyatında Polis İdarəsinə və bizə kömək göstərən polis əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Xaricdən gələn qonaqlara göstərdikləri hörmət, diqqət, qayğı və mehriban münasibət bizi çox sevindirdi. Onlar bizə böyük dəstək oldular və yüksək peşəkarlıq nümayiş etdirdilər. Təşəkkür edirik!”.
28.07.2026 - Vətəndaş Ruhid Əliyev
Vətəndaş Ruhid Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsində yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmadan çox razı qaldım. Müraciətim zamanı polis əməkdaşları tərəfindən qəbul olundum, mənə qanunvericiliyin tələbləri ətraflı izah edildi və dəymiş ziyanın qohumuma ödənilməsi istiqamətində lazımi dəstək göstərildi. Vətəndaşlara göstərilən diqqət, peşəkarlıq və məsuliyyətli yanaşmaya görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin polis əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm”.
28.07.2026 - Vətəndaş Sərxan Məcidov
Vətəndaş Sərxan Məcidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən barəmdə yazılmış inzibati cərimə ilə bağlı şikayət müraciəti ünvanlamışdım. Çox sevindirici haldır ki, Nərimanov RPİ-nin rəhbərliyi məni şəxsən qəbul etdi. Qəbul zamanı müraciətimi böyük səbirlə, peşəkarlıqla və diqqətlə dinləyərək məsələni tam obyektiv şəkildə araşdırdı. Qanunun aliliyini və ədalət prinsiplərini əsas tutaraq, cərimənin xitam olunması barədə dərhal müvafiq tapşırıq verdi. Vətəndaşın müraciətinə qarşı göstərilən bu humanist, ədalətli və operativ yanaşma dövlət-vətəndaş münasibətlərinin ən gözəl nümunəsidir. Bu vəsilə ilə, mənə qarşı göstərilən xüsusi diqqətə və obyektiv qərara görə Nərimanov RPİ-nin rəhbərliyinə və idarənin əməyi keçən bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.