Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Simral Baxşəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.Yaşadığımız binanın həyətinin sakinlərin təhlükəsizliyinin təmin olunmasına görə minnətdarlığımı ifadə edirəm. Gördüyünüz işlərdə bütün Azərbaycan Polisinə uğurlar arzulayıram. Yaşasın, Azərbaycan Polisi!”.

Vətəndaş Səma Abseynzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Qızımın ünvanladığı müraciətlə bağlı polis işçiləri dərhal reaksiya verdi. Bununla bağlı heç bir şikayətimiz yoxdur. DİN-in rəhbərliyinə polis və əməkdaşlarına təşəkkür edirəm. Sağ olsun, Azərbaycan polisi. Sağ olsun Nərimanov RPİ-nin əməkdaşları”. 

Vətəndaş Xumar Abbasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “19.07.2026-cı il tarixində Daxili İşlər Nazirliyinin “İnstragram” səhifəsinə pul vəsaitimin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciət etmişdim. Müraciətlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə dəvət olundum. Orada mənə dəymiş maddi ziyan tam şəkildə ödənildi. Buna görə Azərbaycan Polisinə dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Günel Quluzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə aldadılmağımla bağlı ərizə ilə müraciət etmişdim. Müraciətim əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi tərəfindən aparılmış araşdırma və görülmüş tədbirlər nəticəsində mənə dəymiş maddi ziyan tam şəkildə ödənildi. Buna görə DİN-in və Nərimanov RPİ-nin rəhbərliyinə, idarənin istintaq şöbəsinin kollektivinə göstərdikləri peşəkarlığa, operativliyə və məsuliyyətli fəaliyyətə görə səmimi təşəkkürümü bildirirəm”.

Vətəndaş Günel Zeynalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “15.07.2026-cı il tarixində axşam saatlarında naməlum şəraitdə çantamı itirmişdim. Bununla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə müraciət etdim. Qısa müddət ərzində 9-cu Polis Şöbəsinin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək çantamı və içərisində olan bütün əşyalarımı tapıb mənə təhvil verdilər. Bu münasibətlə 9-cu Polis Şöbəsinin rəhbərliyinə və bütün əməkdaşlarına operativ, məsuliyyətli və peşəkar fəaliyyətlərinə görə səmimi təşəkkürümü bildirirəm. Həmçinin Azərbaycan Polisinin belə peşəkar və fədakar əməkdaşlarının yetişdirilməsində göstərdiyiniz xidmətə görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən hər zaman Azərbaycan Polisinin peşəkarlığına inanmışam və bu hadisədən sonra bu inamım daha da möhkəmlənmişdir. Arzum budur ki, gələcəkdə oğlum da polis peşəsini seçsin, dövlət tərbiyəsi alsın və Vətəninə layiqincə xidmət etsin”.

Vətəndaş Novruz Muradov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pul kisəmin itməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ baxılaraq mənə dərhal köməklik göstərildi. Buna görə DİN-in, həmçinin Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Şöbəsinin rəhbərliyinə, əməyi keçən polis əməkdaşlarına göstərdikləri diqqət və operativ fəaliyyətə görə səmimi təşəkkürümü bildirirəm”.

Vətəndaş Nəzrin Həsənova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Özümə məxsus qolbağı istirahət mərkəzində naməlum şəraitdə itirmişdim. Qolbağımın tapılmasında göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Vətəndaş Namiq Məmmədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Yaqub Həsənov müraciətinin müsbət həll edilməsinə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.