Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.07.2026 - Vətəndaş Elmira Əliyeva
Vətəndaş Elmira Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətində keçmiş həyat yoldaşı ilə aralarında yaranan mübahisə ilə bağlı müraciətinə polis əməkdaşları tərəfindən operativ reaksiya verildiyini, lazımi tədbirlərin görüldüyünü və ona köməklik göstərildiyini bildirir. O, buna görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
29.07.2026 - Vətəndaş Nicat Yusifov
Vətəndaş Nicat Yusifov DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında müraciətinə operativ baxıldığına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.07.2026 - Vətəndaş Sənan Məmmədov
Vətəndaş Sənan Məmmədov “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində şikayətinə polis əməkdaşları tərəfindən operativ baxıldığını bildirir. O, görülən tədbirlər nəticəsində probleminin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edir. Vətəndaş müraciətinə operativ və həssas yanaşılmasına görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
29.07.2026 - Vətəndaş Xəyalə Alyarova
Vətəndaş Xəyalə Alyarova qonşusu ilə bağlı müraciətinə operativ reaksiya verilməsinə və göstərilən peşəkar xidmətə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.
29.07.2026 - Bakı şəhər sakini Murad Yusifli
Bakı şəhər sakini Murad Yusifli Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətində bildirir ki, üzləşdiyi problem aidiyyəti üzrə qısa müddətdə araşdırılıb. Müraciətinə obyektiv, operativ və peşəkar yanaşılmasından razı qaldığını bildirən vətəndaş DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.07.2026 - Vətəndaş Elnurə Əhmədova
Vətəndaş Elnurə Əhmədova DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında müraciəti ilə bağlı polis əməkdaşları tərəfindən operativ araşdırma aparıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü qeyd edir. O, göstərilən diqqətə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir.
29.07.2026 - Vətəndaş Emil Əliyev
Vətəndaş Emil Əliyev müraciəti üzrə göstərilən diqqətə və operativ araşdırmaya görə DİN rəhbərliyinə və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına xidmətlərində uğurlar arzulayır.
29.07.2026 - Vətəndaş Elçin Əlimərdanov
Vətəndaş Elçin Əlimərdanov “DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə qısa müddətdə baxıldığını, məsələyə operativ və diqqətli yanaşıldığını qeyd edir. Vətəndaş müraciətinə göstərilən həssas münasibətə və operativliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2026 - Vətəndaş Gülnar Həsənova
Vətəndaş Gülnar Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.