Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Azər Quliyev etdiyi müraciətə həssaslıqla yanaşılaraq ona dəymiş ziyanın qısa zaman kəsiyində ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə minnətdarlıq bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Şahin İsgəndərov (sahin_isgenderov) avtomobilini vuran şəxsin tapılmaması ilə bağlı səhifəyə müraciət etmişdi. Vətəndaş yenidən yazaraq müraciətinə operativ reaksiya verildiyinə və dəvət olunduğu Baş Dövlət Yol Polisi İdarəsində yüksək səviyyədə qarşılanıb dinlənildiyinə görə DİN və Baş İdarə rəhbərliyinə təşəkkür edib.

“İnstagram” səhifəmizin başqa bir izləyicisi olan, Bakı şəhər sakini Tuğra Cavadova (cavadova93) da səhifəyə yazaraq təşəkkür edib. T.Cavadova müraciətində bildirib: “Bu il yanvarın 27-də alimentə görə axtarılan birinin saxlanılmaması ilə bağlı müraciət etmişdim. Hal-hazırda minnətdarlığımı bildirməyi özümə borc bildim. DİN rəhbərliyinə və əməkdaşlarına, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Sonunda həmin şəxs saxlanılaraq aidiyyatı üzrə təhvil verildi”.

Şəhid polis övladı Vaqif Behbudov (İnstagram izləyicimiz vaqif.behbudov) da sosial şəbəkə vasitəsi ilə təşəkkür bildirir. O, DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına ölkədəki ictimai təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.

Vətəndaş Dəyanət Kərimov da sosial şəbəkə üzərindən DİN rəhbərliyinə etdiyi müraciətdən sonra probleminin həll edildiyinə görə minnətdarlıq edir, vəzifələrini layiqincə yerinə yetirdiklərinə, xalqına şərəflə xidmət etdiklərinə, vətəndaşların müraciətlərinə həssalıqla yanaşdıqlarına görə DİN rəhbərliyinə və Abşeron RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Qazax rayon sakini Ceyhun Rəhimov “Facebook” üzərindən Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə öz işinin öhdəsindən layiqincə gəldiyinə, sabitliyin və asayişin keşiyində qətiyyətlə durduğuna, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirdiyinə və Qarabağ qazilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nazan Mirzəyeva “polisazerbaycan” səhifəsindən etdiyi müraciətə dərhal baxıldığına və müvafiq tədbir görüldüyünə görə minnətdarlığını bildirir.

Vətəndaş Validə Fərəməz qızı DİN-ə etdiyi on-line müraciətə aidiyyatı üzrə Binəqədi RPİ 5-ci Polis Bölməsində baxıldığına və ona dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə minnətdarlıq edir və göstərilən bu cür diqqətə görə təşəkkürünü bildirir.

Biləsuvar şəhər sakini Ceyran Abbaslı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yaşadığı evdən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.