Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Oktay Qafarov oğlunun bıçaqlanması barədə etdiyi müraciətə çevik reaksiya verərək cinayəti törədmiş şəxslərin tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Füzuli rayon Böyük Bəhmənli kənd sakini Çərkəz Quliyev Bakı şəhərindən rayona qayıdarkən yolda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşdıqlarına, ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Saatlı RPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Neftçala şəhər sakinlərinin yaşadıqları binada baş vermiş yanğın zamanı alovun söndürülməsində, binada qalmış insanların, eyni zamanda əmlaklarının çıxarılmasında göstərdikləri fədakarlığa görə DİN rəhbərliyinə və Neftçala ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Abşeron rayon sakini Bilal Nəbiyev rayonda cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini Zülal Əliyev parlament seçkiləri zamanı təhlükəsizliyin və asayişin təmin olunmasında vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ şəxsi heyətinə minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Zərifə Qəndiyeva itkin düşmüş qardaşının tez zamanda tapılaraq onlara təhvil verilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və vəzifə borclarının öhdəsindən layiqincə gələn RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əli Bayramov Neftçala rayonunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə, yaradılmış sabitliyə, əmin-amanlığa, eləcə də vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Naftalan şəhər sakini Tural Məmmədov yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə və Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin qanunvericilik aktlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə, Gəncə ŞBPİ və onun tabeli orqanlarına minnətdarlığını bildirir.