Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Cahangir Qafarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsalə Hümbətova DİN rəhbərliyinə ünvanladığı təşəkkür  məktubunda müraciətinə operativ və obyektiv baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Könül Cavadova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxılmasına və səmimi qəbula görə Nəsimi Rayon Polis  İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Arifə Bəşirova DİN-ə ünvanladığı təşəkkür məktubunda aparılan kadr islahatlarından razılıq edir, xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir və bu peşə sahiblərilə qürur duyduğunu bildirir.

Bakı şəhər sakini Könül Qocayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda  müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Biləsuvar rayon sakinləri Nicat Cabbarlı və Bəhruz Əliyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

Lənkəran rayon sakinləri Əlizamin Kərimov, Şahid Quliyev, Gülnar Mirzəyeva və Orxan Hüseynzadə öz təşəkkür məktublarında müraciətləri ilə əlaqədar Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiklərini, onlara hüquqi izahlar verilərək lazımi köməyin göstərildiyini bildirirlər və minnətdarlıqlarını ifadə edirlər.

Biləsuvar rayon sakini Yeganə Mirzəyeva müraciətinə çevik reaksiya verilməsinə, qanuni mənafeyinin qorunmasına və ona dəyən maddi ziyanın qarşılanmasının təmin edilməsinə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına öz təşəkkürünü bildirir.

Şəhid anası Ceyran Şahbazova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onlara göstərilən diqqətə və qayğıya, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdə fəal iştiraka görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.