Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Təranə Babayeva DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Xaçmaz rayon sakini Müşviq Salmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Yasamal Rayon Polis İdarəsinə dəvət olunaraq dinlənildiyini, hüquq və vəzifələrinin izah olunmaqla müvafiq köməklik göstərilərək aidiyyəti üzrə yönəldildiyini qeyd edərək DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Mingəçevir şəhər sakini Bərşad Nəzərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini A.Xəlilova müraciətinin müsbət həllinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Gülağa Abbasov oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Səxavət Qafarov müraciətinin müsbət həllinə görə, BDYPİ və Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Səxavət Yusifov dəm qazından zəhərlənən arvadının xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Zamir Qafarov ona məxsus məişət əşyalarını oğurlayan şəxsin məsuliyyətə cəlb olunmasına və həmin əşyaların ona qaytarılmasında göstərdikləri köməkliyə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Aydın Ağammədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdikləri görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.