Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Eldəniz Quluyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nazirliyə etdiyi elektron müraciətinə operativ reaksiya verildiyini bildirir. O, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxıldığını qeyd edir.

E.Quliyev vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Almaz Məmmədova NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin rəisinə etdiyi müraciəti ilə əlaqədar dəvət edilərək köməklik göstərildiyini qeyd edir.

A.Məmmədova bu diqqət və qayğıya görə DİN rəhbərliyinə və Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki R.Eyyubova təşəkkürünü bildirir.

Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Elçin Həsənov DİN-ə ünvanladığı məktubunda Quba RPŞ əməkdaşlarının rayon ərazisində asayişin lazımi səviyyədə təşkilinə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN və Quba RPŞ-nin rəhbərliklərinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəşad Əhmədov dövlət qeydiyyat nişanı ilə bağlı müraciətinə Baş Dövlət Yol Polis İdarəsində baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rafiq Sarxanov müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Astara rayonunun Təngərüd kənd sakini Elxan Şahyarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda sükan arxasında özünü pis hiss etdiyi vaxt ona yaxınlaşaraq köməklik göstərdiyinə, vətəndaşlara qarşı sərgilədiyi yüksək mədəni davranışa görə Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı İlham Tağıyevə öz minnətdarlığını bildirir.

Astara şəhər sakini İzzət Sultanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetidiyinə görə Astara RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Xalid Günəşovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.

DİN-in rəsmi İnstagram səhifəsinin izləyicisi olan “nara.melek” yanvarın 28-də dələduzluq fakti ilə üzləşdiyini və müraciətinə baxılmağını xahiş etmişdir.

Həmin qadın səhifəmizə yenidən yazaraq şikayətinə baxıldığını və bununla bağlı DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Eldəniz Quliyev DİN-in Feysbuk səhifəsinə yazaraq qeyd edib: “Mən çox istərdim ki, bir vətəndaş kimi mənim dərin təşəkkürümü DİN rəhbərliyinə çatdırasınız. Belə ki, fevralın 3-də ünvanladığım müraciətim ciddi nəzarətə götürüldü. Üstündən iki gün keçdikdən sonra Bakı Şəhər Baş Polis İdarəsində mənə dəymiş zərərin ödənilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Bir daha başda DİN rəhbərliyi olmaqla bütün əməkdaşlara uğurlar arzulayıram!”