Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhət sakini Pərvin Ramazanov məktubunda öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

Sosial şəbəkə izləyicisi İradə Məmmədova müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Allahverdi Əliyev oğurluq hadisəsi ilə bağlı müraciəti müsbət həll olunduğu üçün Sabunçu RPİ-nin 14-cü PB əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Aysel Əkbərova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına, eləcə də göstərdikləri köməkliyə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Pərvin Abasova internet seqmetində tanımadığı şəxs tərəfindən təhqir olunduğunu yazır. Bildirir ki, polisə müraciətdən sonra həmin şəxs qısa zaman kəsiyində Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən müəyyənləşdirilib. O, hüquqlarının qorunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Seymur Nurullayev müraciətinə çevik reaksiya verilərək oğurlanmış mopedin tapılaraq qısa zamanda ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci  PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rüfət Hüseynov müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fuad Rzayev məktubunda öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Xoşqədəm Qəndilovan müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.