Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Arifə Abbasova yazır ki, bu ilin fevralında Faiq Alırzayev adlı şəxs ona qarşı dələduzluq edərək 1200 manatını ələ keçirib. Bununla bağlı o, Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət edib. Müraciəti ilə bağlı DİN–in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilib. Baş idarə rəhbərliyinin göstərişi ilə martın 13-də müraciətə Nərimanov RPİ-nin İstintaq şöbəsində yenidən baxılıb. Cəmi dörd gün ərzində istintaq yekunlaşıb və ona dəymiş ziyan tamamilə ödətdirilib. A.Abbasova ölkəmizdə insanların hüquq və azadlıqlarının, onların mülkiyyətinin qorunması naminə daxili işlər orqanlarının apardıqları qətiyyətli mübarizədən məmnun qaldığını yazır və buna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran rayonunun Mamüstə kənd sakini Nurəddin Əliyev Daxili İşlər Nazirliyi tərəfindən müraciətinə baxıldığını, ədalətli qərar qəbul edilərək hüquqlarının ona izah olunduğunu DİN-ə ünvanladığı məktubunda yazır. O, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, yaradılan şəraitdən, dövlət-vətəndaş münasibətindəki şəffaflıqdan razılığını ifadə edir.

Ağdam rayonundan məcburi köçkün olan şəhid atası Əli Hüseynov göndərdiyi teleqramda Azərbaycan polisinin daxili təhlükəsizliyin və ictimai asayişin təmin olunmasında göstərdiyi xidmətlərdən qürur hissi keçirdiyini bildirir. O, DİN rəhbərliyinin daim ədalətli qərar qəbul etdiyini, qanunun aliliyi prinsipini hər zaman uca tutduğunu və bu səbəbdən də xalqın etibarını qazandığını diqqətə çatdırır.

Azərbaycan Ziyalılarının Demokratik İttifaqı Astara rayon şöbəsinin sədri Mircəfər Babazadə daxili işlər orqanları haqqında öz ürək sözlərini DİN-nin mətbu orqanı olan “Mübariz keşikdə” qəzetinin kollektivi ilə bölüşüb. O, məktubda öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət siyasətindən bəhs edir. Daha sonra polisin gecə-gündüz insanların hüquq və azadlıqlarını, sağlamlığını, əmlakını etibarlı qoruduğunu, cinayətkarlığa qarşı qətiyyətli mübarizəsi ilə xalqın etibarını qazandığını bildirir. M.Babazadə həmçinin Astara RPŞ-nin, o cümlədən YPX əməkdaşlarının ayıq-sayıq xüsusilə qeyd edir. Yazır ki, görülən tədbirlər nəticəsində 2015-ci ilə nisbətən 2016-cı ildə yol-nəqliyyat hadisələri 3 dəfə azalıb və maarifləndirmə işləri gücləndirilib.