Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayon sakini Oqtay Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Ağcabədi rayon sakini, şəhid atası Qafar Mamedov peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Tərtər rayon sakini İman Almuradov göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Ceyhun Babayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssaslıqla yanaşılaraq mübət həll edilməsinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsal Hacıyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq görülən işlər barədə məlumatlandırıldığını və müraciətinin müsbət həll edildiyini qeyd edir.
Müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Nazim Abdullayev Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür məktubu ünvanlayıb: “Soyuq, qarlı və şaxtalı havada 24 saat fasiləsiz xalqımızın keşiyində duran, operativ xidmət edən polis əməkdaşlarına təşəkkürümü bildirirəm. DİN rəhbərliyinə minnətdarlığımı bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram”. 

Abşeron rayon sakini Şamil Anqbazov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Samid Əmrəliyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup vətəndaş üzləşdikləri problemlə əlaqədar etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirirlər.