Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ceyhun Məhərrəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini İlkin Cavadzadə Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşının nümunəvi xidmətinə görə Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “ Mən oğlumu hər gün məktəbə yola salmaq və onu qarşılamaq üçün avtobusdan istifadə edirəm. Bir gün oğlumu qarşılamağa gecikdiyim üçün həmin ərazidə xidmət edən nümunəvi polis əməkdaşı uşağa yaxınlaşıb, nə səbəbə tək qalması və valideynlərinin kim olduğu barədə məlumat öyrənib. Daha sonra mənim iş yerimə gətirib və mənə təhvil verib. Bununla da əsl Azərbaycan Polisi həm də vətəndaş kimi öz köməkliyini göstərib. Çox sevindirici haldır. Belə polislərimizi gördükcə biz də öz asayişimizin etibarlı qorunduğuna əmin oluruq”.

Qazax rayon sakini Elvin Abbasov müraciətinin Qazax RPŞ-nin İstintaq Bölməsində obyektiv araşdırılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elimdar İsmayılov öz təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Tamella Məmmədova oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Göyçay şəhər sakini Nəriman Yusifov Bakı Şəhər Baş Polis İdarəsində müraciətinə obyektiv baxıldığına və həllini tapmasına görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Xırdalan şəhər sakini Elvin Babayev Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Qazax rayon Orta Salahlı kənd sakini Tahir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin obyektiv araşdırılmasına, göstərilən diqqət və qayğıya görə, Qazax RPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nəsrəddin Səfərov DİN-ə ünvanladığı məktubunda Mehdiabad qəsəbəsində qəbiristanlıqdan edilmiş oğurluqla bağlı müraciətə operativ baxıldığına görə DİN rəhbirliyinə minnətdarlığını bildirir.