Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakini Füzuli Qədirov təşəkkür məktubunda xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Dilarə Abışova müraciətinin müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İmişli rayon sakini Fəqani Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, İmişli RQİB və TBŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sabirabad rayon sakini Abuzər Əhədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bir qrup Goranboy rayon sakinləri öz təşəkkür məktublarında müraciətlərinə operativ baxılaraq, obyektiv araşdırma aparılmasına və problemlərinin müsbət həllini tapmasında onlara göstərilən köməkliyə görə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Vətəndaş Gilas Əzizova itkin düşmüş nəvəsinin qısa zaman ərzində tapılaraq ailəsinə təhvil verilməsinə görə Goranboy RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Goranboy rayon sakini Yavər Rüstəmov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Tovuz rayon sakini Araz Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Tovuz RPŞ-nin əməkdaşlarına minnnətdarlığını bildirir.

Qazax rayon sakinləri Ramil Muradov və Sənubər Xudiyeva rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları qətiyyətli mübarizəyə görə, Qazax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.