Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Pərnisə Cəfərova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ Təhqiqat Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Qoçali Əliyev üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Vüsal Talıbov yaşadığı Kürdəxanı qəsəbəsində piyadaların, eləcə də nəqliyyat vasitələrinin yollarda hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir neçə yerdə radar qoyulması ilə bağlı DİN-ə müraciət etdiyini yazır. Bildirir ki, qısa zaman kəsiyində Sabunçu RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən onun müraciətinə müsbət cavab verilmiş və qəsəbədə daha 3 radar quraşdırılmışdır. Buna görə Sabunçu RPİ Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.

Sosial şəbəkə istifadəçisi Könül Baxşəliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssas yanaşılmasına və operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə  Azərbaycan Polisinə təşəkkür edir.

Naxçıvan MR Şahbuz rayon sakini Ruhin Cəfərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssas yanaşılmasına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şahbuz Rayon Polis Şöbəsinin şəxsi heyətinə  təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Babək Sultanzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssas yanaşılmasına və probleminin aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Bakı şəhər sakini Rəcəb Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssas yanaşılmasına və göstərilən diqqətə görə Nizami RPİ-nin 24-cü Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Zəminə Salahova DİN-ə ünvanladığı təşəkkür məktubunda dələduzluq faktı ilə əlaqədar etdiyi müraciətinə operativ baxılmasına, tez bir zamanda dələduzluq edən şəxsin saxlanılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zümrüd Əhədova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ baxılmasına, tez bir zamanda ona məxsus motosikletin nömrə nişanının tapılıb qaytarılmasında göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.