Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.03.2020 - Ağsu şəhər sakini Fazil Əzizov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu...
Ağsu şəhər sakini Fazil Əzizov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. Ona 3 ildir borclu olan şəxs barəsində məhkəmə iddiası qaldırdığını yazan müəllif həmin şəxsin borcunu ödəmədiyini, məhkəmə qərarı ilə barəsində axtarış elan edildiyini qeyd edir.
F.Əzizov borclu şəxsin tapılması ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə müraciəti nəticəsində həmin şəxsin yerinin müəyyən olunaraq icra orqanlarına təhvil verildiyinə və ona olan borcun tam ödətdirilməsində etdikləri köməkliyə görə Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.04.03.2020 - Saray qəsəbə sakini Səbuhi Babayev yaşadığı mənzildən edilmiş oğurluq...
Saray qəsəbə sakini Səbuhi Babayev yaşadığı mənzildən edilmiş oğurluq hadisəsi barədə Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxsin qısa müddətdə müəyyən edilərək saxlanıldığını bildirir.
S.Babayev cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.04.03.2020 - Şirvan şəhər sakini Əliağa Ağayev özünü jurnalist kimi qələmə verən Hacıqabul...
Şirvan şəhər sakini Əliağa Ağayev özünü jurnalist kimi qələmə verən Hacıqabul rayonundan olan bir nəfərin onu və şəhərin digər sakinlərini şantaj etməsi barədə etdiyi müraciətə həssaslıqla yanaşılaraq operativ şəkildə həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Hacıqabul RPŞ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
04.03.2020 - Bakı şəhər sakini Şirin Dəmirov hazırda övladının xidmət etdiyi DİN-in Daxili...
Bakı şəhər sakini Şirin Dəmirov hazırda övladının xidmət etdiyi DİN-in Daxili Qoşunlarının Qəbələ rayonundakı hərbi hissəsində yaradılmış hərtərəfli şəraitə görə DİN rəhbərliyinə və Daxili Qoşunlar komandanlığına minnətdarlığını bildirir.
04.03.2020 - Bakı şəhər sakini Kənan Əmrahlı ona dəymiş ziyanın tam ödətdirilməsində...
Bakı şəhər sakini Kənan Əmrahlı ona dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
03.03.2020 - “İnstagram” izləyicimiz Nazilə Sarıyeva səhifə vasitəsi ilə etdiyi müraciətə...
“İnstagram” izləyicimiz Nazilə Sarıyeva səhifə vasitəsi ilə etdiyi müraciətə həssaslıqla yanaşılaraq operativ həll olunmasında, ona dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və vəzifə borclarının öhdəsindən layiqincə gələn Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.03.2020 - Vətəndaş Səbinə Vüqarlı da “İnstagram” üzərindən etdiyi müraciətə həssas və...
Vətəndaş Səbinə Vüqarlı da “İnstagram” üzərindən etdiyi müraciətə həssas və ciddi yanaşıldığı, müsbət yöndə həll edildiyi üçün polis əməkdaşlarına təşəkkür edib.
03.03.2020 - Səhifəmizə daxil olan digər mesajda isə vətəndaş Rövşən Cəfərov avtomobil...
Səhifəmizə daxil olan digər mesajda isə vətəndaş Rövşən Cəfərov avtomobil idarə etdiyi zaman ürəyində ağrı hiss etdiyi üçün yaxınlıqda xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına müraciət etdiyini bildirir. Vətəndaş yol polislərinin ona göstərdiyi köməkliyə görə minnətdarlıq edir: “Çox sağolsunlar polislərimiz. Mənə lazımi bütün köməklikləri etdilər, şəxsi hesablarına dərman da aldılar. Daha sonra avtomobilimi idarə edib iş yerimə kimi gətirdilər. Sağ olsun Azərbaycan Polisi.”
03.03.2020 - Kürdəmir şəhər sakini Əflatun Abdullayev məktubunda “102” Xidməti-Zəng...
Kürdəmir şəhər sakini Əflatun Abdullayev məktubunda “102” Xidməti-Zəng Mərkəzinin və Kürdəmir RPŞ DYPB-nin əməkdaşlarına təşəkkür edir.