Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə izləyiciləri Humay İmanova və Orxan Abbasov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında və cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə  daxili işlər orqanları əməkdaşlarına təşəkkür bildirirlər.

Sabirabad rayon sakini, Vətən Müharibəsi qazisi Xalid İsgəndərov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, qazi və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə DİN və Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevinc Abbasova Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazaraq müraciətinə operativ reaksiya verildiyinə görə başda DİN rəhbərliyi olmaqla, Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayonunda yaşayan Məryəm İsmayılova narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlərə görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Allahyar Alıyev müraciətinin müsbət həllini tapmasına görə Ağcabədi RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevinc Allahverdiyeva müraciətinin müsbət həll olunmasına görə Beyləqan RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Ağcabədi rayon sakini Emin Hidayətov xidməti vəzifələrini layiqincə yerinə yetirən Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini İsmət Aydınbəyov Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, oğurluq faktı ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, onunla əlaqə saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət olunduğunu, müraciəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. 
İ.Aydınbəyov vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və xoş münasibətə, həmçinin başlanılan araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nizami Quliyev məktubunda aparılan kadr ıslahatlarından razılıq edir, müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Suraxanı RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.