Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vahid Niyazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Elmir Hacıyəhyayev məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hakim Osmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Azər Zamanov məktubunda Azərbaycan Polisinin yaranma tarixi münasibəti ilə daxili işlər orqanları əməkdaşlarını təbrik edir, xidmətlətində uğurlar arzulayır.

Vətəndaş Səbinə Pərvizi sosial şəbəkə vasitəsilə paylaşdığı postda, Şamaxıdan Bakı istiqamətində hərəkətdə olan zaman idarə etdiyi avtomobildə yarandığı texniki nasazlığın aradan qaldırılmasında köməklik göstərdiklərinə görə Yol Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Sevinc Ağayeva üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nail Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Əli Novruzəliyev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Elnur Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, eyni zamanda operativliyə görə "102" Xidməti - Zəng Mərkəzinin rəhbərliyinə və  əməkdaşlarına minnətdarlığını bildirir.